Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Tvente” növbəti transfer ilə heyətini gücləndirib.
Newsport.az sattının məlumatına görə, Hollandiya klubu neçə vaxtdır transfer etmək istədiyi 21 yaşlı yarımmüdafiəçi Hakim Ziyehin keçidini rəsmiləşdirib. Hollandiya U-21 millisinin üzvünü digər hollandiya klubu “Feyenoord” da heyətinə qatmaq istəsə də gənc futbolçu sonda “Tvente”ni seçib. Hollandiyalı yarımmüdafiəçi artıq Avropa Liqasının "pley-off"u üçün iştirak ərizəsinə də daxil edilib.