Azarkeş meydançaya daxil oldu, cərimə zərbəsini yerinə yetirdi

"Vest Hem"- "Tottenhem" matçı gedşində stadiona daxil olan bir azarkeş Eriksenin yerinə cərimə zərbəsindən istifadə etdi, ancaq qapıçı qola icazə vermədi. 

Newsport.az saytı xəbər verir  ki, "Tottenhem"   Upton Parkda "Vest Hem"lə görüşdə 10 nəfərlə qaldı, amma stadiona girən azarkeş meydandakı futbolçuların sayını bərabərləşdirdi.

63-cü dəqiqədə "Tottenhem"in danimarkalı futolçusu cərimə zərbəsini vurmağa hazırlaşarkən stadiona girən bir azarkeş özü qapıya zərbə vurdu. Təhlükəsizlik işçilərinin fikrinin dağınıq olması böyük qalmaqala yol açdı. Daha sonra Eriksen yenidən cərimə zərbəsinin yerinə yetirməli oldu.

Qeyd edək ki, görüş "Tottenhem"in 1-0 hesablı qələbəsi ilə başa çatdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right