Braziliya millisinin sabiq oyunçusu Ronaldo yenidən futbola qayıda bilər.
Newsport.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 38 yaşlı hücumçu sahiblərindən biri olduğu ABŞ-ın "Fort-Loderdeyl Straykers" klubunda oynamağı planlaşdırır.
Ronaldo özü açıqlamasında sözügedən klubun inkişaf etməsi üçün çalışacağını deyib.
Qeyd edək ki, Ronaldo futbolçu karyerasını 2011-ci ildə "Korintians" klubunda başa vurub.