“3 il öncə Serbiyada yaşananlar biabırçılıq idi. Kimin günahkar olduğu vacib deyil”. Özümüzü burada rüsvay etdik”.
Newsport.az saytının məlumatına görə, bu sözləri Serbiya mətbuatına açıqlamasında “Neftçi” klubunun qapıçısı Saşa Stamenekoviç deyib.
Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları “Partizan”la oyunlar haqqda danışan serbiyalı qolkiper Bakıda “Neftçi” rəhbərliyinin “Partizan”a rəhbərliyinə nahar verəcəyi təqdirdə, onlarla birgə bir stolda əyləşməyəcəyini bildirib:
“İndi sizə söz verirəm ki, növbəti dəfə eyni problemlər yaşanmayacaq. Buna sizi tam əmin edə bilərəm. Sadəcə, oyun və qalibiyyət üçün gələcəyik. Bizi düşündürən növbəti mərhələyə vəsiqə qazanmaq istəməyimizdir. Heç birimizə problem lazım deyil. 2012-ci ildə yaşananlar hər ikimizin səhvi id. Ola bilər ki, “Neftçi” rəhbərliyi Bakıda “Partizan”ı nahara qonaq etsin, amma mən “Partizanlı”larla bir stolda əyləşib çörək kəsmiyəcəm”