"Çelsi"nin baş məşqçisi Joze Mourinyo iddialı açıqlama ilə yenidən diqqətləri üzərinə çəkib.
Newsport.az saytının məlumatına görə, Britaniya mətbuatına açıqlama verən portuqaliyalı mütəxəsis bu yay edilən transferlərdən razı qaldığını bildirib. Mourinyo həmçinin komandasının Premyer Liqada ən güclü olduğunu vurğulayıb:
"Hazırkı heyətimiz çox güclüdür. Bu komanda ilə 5-10 mövsüm uğur əldə edə bilərik. Rəhbərlik 3 futbolçu - hücumçu, müdafiəçi və yarımmüdafiəçi alınacağına bildirsə də, sonda Droqbanı da geri qaytarmağa nail olduq. Bu heyətlə mənim komandam Premyer Liqada ən güclü klubdur".