"Mançester Yunayted" "Real"ın futbolçusuna "göz dikdi"

Bu mövsüm Avroliqanın qalibi olan "Mançester Yunayted" heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi müdafiə xəttini "Real"ın futbolçusu Rafael Varanla gücləndirmək istəyir. "Qırmızı şeytanlar" fransız mərkəz müdafiəçisini tranfer etmək üçün hərəkətə keçib.

"Sky Sports"un yazdığına görə, "Mançester Yunayted" Joze Mourinyonun təkidlə istədiyi 24 yaşlı futbolçunun transferi üçün səylərini artırıb və bu keçidi qısa müddət ərzində bitirmək niyyətindədi.

Qeyd edək ki, Varan "Real"a 2011-ci ildə Fransanın "Lans" klubundan transfer olunub. O, "kral klubu"nn heyətində meydana çıxdığı 113 matçda 2 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right