Bu gün Avroliqanın qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Dnepr" matçında qonaq komanda dəstəksiz qalmayacaq.
Dnepropetrovski klubunu mərkəzi arenada 50-dən çox azarkeş dəstəkləyəcək. Bundan əlavə Ukraynadan sözügedən oyunu işıqlandırmaq üçün 10-dan çox jurnalist təşrif buyurub.