Kloze: "O, dünya çempionu olmağa layiq futbolçudur"

Almaniya millisinin sabiq üzvü Miroslav Kloze komanda yoldaşı Mario Qomez haqqında maraqlı açıqlama verib.
 
Newsport.az saytının məlumatına görə,  "Football İtalia"ya danışan "Latsio"nun futbolçusu Qomezin yenidən Almaniya millisində çıxış edəcəyinə əmin olduğunu bildirib:
 
"Qomezin yenidən Almaniya millisinə qayıdacağına əminəm. Qomez dünya çempionu olmağa layiq futbolçudur. Əgər o, ötən mövsüm zədələnməsə idi, bizimlə birgə dünya çempionu olacaqdı. Lakin onun hələ də gələcək mundiallarda çempion olmaq şansı var. O, çox güclü və bunu bacara biləcək futbolçudur".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right