“Qarabağ”la “Qəbələ” yerində qaldı, “Beşiktaş” irəlilədi

 UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Newsport.az-ın məlumatına görə , Avroliqada uğurlu çıxış edən “Beşiktaş” (40.640 xal) 4 pillə irəliləməklə 48-cidir.

Klublarımızdan ən yaxşı göstəriciyə malik “Qarabağ” 18.050 xalla 106-cı pillədə qalıb.

“Neftçi” və “Qəbələ”də yerini dəyişməyib. 9.800 xala malik paytaxt klubu 162-ci, 7.800 xalla Qəbələ təmsilçisi 185-cidir.

Bir pillə geriləyən “İnter” 6.050 xalla 229-cudur. “Xəzər Lənkəran” 4.550 xalla 277-ci pillədədir. Digər komandalarımızdan “Kəpəz” (4.050) 299-cu, “Bakı” (3,800) 307-cidir. AZAL (3.225 xal) 330-cudur.

Qeyd edək ki, İspaniyanın “Real Madrid”inin (166.228 xal) başçılıq etdiyi siyahıda “Bayern” (Almaniya) 154,728 xalla 2-ci, “Barselona” (İspaniya) 149,171 xalla 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right