Burak Yılmaz Türkiyəyə dönür

Çinin "Pekin Quoan" klubunda forma geyən Burak Yılmaz mövsümün sonunda Türkiyəyə qayıdır.

Newsport.az -ın məlumatına görə, təcrübəli futbolçuya sabiq klub "Trabzonspor" təklif göndərib və müsabət cavab alıb. Yaranmasının 50-ci ilində güclü heyət qurub çempionluğu hədəfləmək istəyən Qara Dəniz təmsilçisi Türkiyə millisinin üzvünü heyətinə cəlb etmək istəyir.

Hürriyyət qəzetinin məlumatına görə "bordo-mavilər"in rəhbərliyi 31 yaşlı qolçuya rəsmi təklif göndərib. Burakla görüşən "Trabzonspor" artıq onunla razılıq əldə edib. "Kral" mövsümün sonunda Çini tərk edəcək.

Qeyd edək ki, Burak Yılmaz 2010-2012-ci illərdə "Trabzonspor"da çıxış edib və meydana çıxdığı 72 qarşılaşmada 55 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right