Xorvatiyanın “Hayduk” klubu yeni transferini ictimaiyyətə təqdim edib.
Newsport.az saytının məlumatına görə, Split təmsilçisi ukraynalı futbolçu Artyom Milevskini transfer edib.
Ukraynalı hücumçunun müqaviləsində maraqlı bir şərt var. Belə ki, Milevski nizam-intizam qaydalarını pozsa, klub onunla müqavilə şərtlərini birtərəfli pozmaq hüququna sahibdir.
Qeyd edək ki, ötən mövsümün əvvəlində “Qaziantepspor”a keçən 29 yaşlı futbolçu yeni klubunda 99 nömrəli formayla çıxış edəcək.