"Traktor Sazi" məğlub oldu

İran çempionatında 14-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Təbriz klublarından yalnız "Qostareş" azarkeşlərini sevindirib. Öz meydanında  "İstiqlal"la (Xuzestan) qarşılaşan komanda 2:1 hesabı ilə qalib gəlib.

Təbrizin digər klubu "Maşın Sazi"  səfərdə "Məşəd"ə uduzub - 0:1. "Traktor Sazi" isə öz meydanında "Sepehan"a məğlub olub - 1:2.

Qeyd edək ki, "Traktor Sazi" 27 xalla 2-ci, "Qostareş" 17 xalla 9-cu, "Maşın Sazi" isə 6 xalla sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right