Fransa çempionatının 16-cı turunda keçirilən “Metz” – “Lion” oyunu yarımçıq dayandırılıb.
Newsport.az-ın məlumatına görə, buna səbəb yerli fanatların meydana yad əşya atması olub.
Meydan sahiblərinin qapıçısı Antonio Lopez görüşün 30-cu dəqiqəsində zədələnərək yerdə qalarkən yerli fanatlar meydana partlayıcı maddə atıb. Nəticədə qapıçı xəsarət alıb. Görüşün baş hakimi isə matçı yaramçıq dayandırıb.
Qeyd edək ki, oyun davam edərkən "Metz" 1:0 öndə idi.