"Arsenal"ın oyunçusu Aron Remzinin qol vurduqdan sonra daha bir məhşur dünyasını dəyişib.
Newsport.az saytının məlumatına görə, uelsli futbolçu İngiltərə Superkubokunda "Mançester Siti"yə qarşı keçirilən matçda fərqləndikdən sonra məşhur amerikalı aktyor Robin Uilyams dünyasını dəyişib.
Qeyd edək ki, daha öncə oyunçu fərqlənəndən sonra Uitni Hyuston, Stiv Cobs, Usama Bin Laden, Muammer Qəddafi, Boris Berezovski, Pol Uoker kimi tanınmış şəxsiyyətlər dünyasını dəyişib.