"Onlar Azərbaycanla oyundakı qələbədən sonra..."

"Bolqarıstanla bizi çətin oyun gözləyir. Rəqibin heyətində Modriç, Mandzukiç və Rakitiç kimi futbolçular yoxdur. Ancaq rəqib yaxşı komandadır. Bizdə isə əla futbolçular var və komanda hazırda yaxşı formadadır".

Newsport.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin müdafiəçisi Damaqoy Vida ölkəsinin mətbuatına açıqlamasında deyib.

Təcrübəli futbolçu bolqarların Azərbaycanla oyundakı qələbədən (2:1) sonra onlara da qalib gəlmək istəyəcəyini, lakin komandasının səfərə 3 xal üçün gedəcəyini bildirib: 

"Bolqarıstan yığmasının heyətində ulduz futbolçu olmasa da, gənc oyunçulardan təşkil olunmuş, yaxşı kollektivdir. Düşünürəm ki, onlar Azərbaycanla oyundakı qələbədən sonra bizə də qalib gəlmək istəyəcəklər. Ancaq biz də səfərə 3 xal üçün gedəcəyik. Sofiyadakı stadionda bizi cəhənnəm atmosferi gözlədiyini bilirik. Lakin biz oyunumuzla azarkeşləri susdurmalıyıq. Bu oyuna yaxşı hazırlaşmışıq. Danışmaq əvəzinə işimizi görməliyik".

Qeyd edək ki, oktyabrın 10-da səfərdə Bolqarıstanın qonağı olacaq Xorvatiya millisi 3 gün sonra evdə yığmamızla qarşılaşacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right