Zlatan İbrahimoviç: “Mən İsveçəm”

Xəbər verdiyimiz kimi Zlatan İbrahimoviç milli karyerasını başa vurub.  34 yaşlı hücumçu Fransada təşkil olunan Avropa çempionatı zamanı bu barədə qərar qəbul edib. 
İbrahimoviçin formasını geyindiyi İsveç millisi Avropa çempionatına uğursuz çıxış edib. Komanda 1 xalla qrup sonuncusu olub və Avropa çempionatı ilə vidalaşıb. 

Newsport.az-ın məlumatına görəİbra milli karyerasını başa vurması ilə bağlı bunları deyib: "Mən Beynəlxalq turnirlərdə İsveçi təmsil etdiyim üçün qürur duyuram, fəxr ediəm. Düzdü, İsveç millisinin heyətində son oyunumu keçirdim. Milli ilə bağlı gözəl xatirələrim var. İnsanların ən az tanıdığı Rosenqard şəhərindən gəlib İsveçi fəth etdim, burada ölkə yaratdım. Mən İsveçəm”. 
Qeyd edək ki, İbra 2001-ci ildən millinin uğurları üçün tər tökürdü. O, komandanın heyətində 116 oyun keçirib və 62 qolla yadda qalmağı bacarmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right