Rusiya Premyer Liqasında Ələkbər Məmmədovun xatirəsi anıldı

Bir neçə gün əvvəl dünyasını dəyişən Azərbaycanın əfsanəvi futbolçusu Ələkbər Məmmədovun xatirəsi Rusiya Premyer Liqasında anılıb.

Newsport.az-ın məlumatına görə, Premyer Liqanın II turunda hazırda davam edən “Dinamo” (Moskva) – “Spartak”  (Moskva) oyunundan əvvəl  məşhur futbolçumuzun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xatırladaq ki,  1948-1953-cü illərdə "Neftçi"nin şərəfini qoruyan Ə.Məmmədov 1954-1959-cu illərdə  “Dinamo”da çıxış edib. O, Moskva klubunun heyətində SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə isə "Dinamo" ilə SSRİ çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right