Məşhur futbolçu Dieqo Armando Maradona ilə jurnalistlər arasında münaqişə yaşanıb.
Newsport.az saytının məlumatına görə, argentinalı əfsanəvi futbolçu jurnalistləri döyüb.
Belə ki, Maradona avtomobil yolunda oğlu ilə teatra yollanan zaman jurnalistlər onun qarşısını kəsərək müsahibə almaq istəyiblər. Nəticədə Maradona jurnalistlərin qəfil hücumuna dözməyərək onlardan birini vurub.