Kaka yenidən Braziliya millisinə çağırılıb.
Newsport.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 32 yaşlı hücummeyilli yarımmüdafiəçi Yaponiya ilə yoldaşlıq matçı üçün milliyə dəvət edilib.
Qeyd edək ki, Kaka 2013-cü ildə keçirilən Konfederasiyalar kuboku və DÇ-2014-də Braziliya yığmasının heyətində yer almayıb.
Əlavə edək ki, Kaka milli ilə oynadığı 87 matçda 29 qol vurub