"Karyerasını bitirmək istəsə, onu zindana salacam - Qoy bir qədər orda oturub, ağıllansın"

PSJ-nin ulduzu Zlatan İbrahimoviçin agenti Mino Rayola futbolçunun karyerasını bitirəcəyilə bağlı yayılan xəbərə münasibət bildirib. 

Newsport.az-ın məlumatına görə, Rayola İbranın karyerasını bitirməsinin idmana qarşı cinayət olacağını deyib. O, bunun qarşısını almaq üçün futbolçunu hətta zindana da salmağa hazır olduğunu bildirib:

"Bu gün Zlatan üçün prioritet vəzifə mövsümü yaxşı başa vurmaqdı. İbrahimoviç özünə görə oynamaq istəmirsə, onda qoy mənim xətrimə oynasın. O, futboldan gedəcəksə, bu, "Mona Liza"nın oğurlanması demək olacaq. Zlatan karyerasını bitirmək istəsə, onu zindana salacam. Qoy bir qədər orda oturub, ağıllansın. İbrahimoviçin gedişi idmana qarşı cinayət sayılacaq".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right