Cari mövsümdə əla oyun nümayiş etdirən “Napoli”nin futbolçusu Qonzalo İquayin yeni mövsümdən karyerasını başqa ölkədə davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, argentinalı futbolçu bir neçə gün öncə klubunun təklif etdiyi yeni müqaviləni qəbul etməyib. Neapollular vəziyyəti dəyişmək üçün forvardın atası Xorxe İquayinlə görüşsələr də, istəklərinə nail ola bilməyiblər.
Xorxe mətbuata açıqlamasında yeni müqavilənin detallarının mövsüm sonunda müzakirə ediləcəyini söyləsə də, onun artıq “Çelsi”, PSJ və “Real”dan gələn təklifləri dəyərləndirdiyi söylənilir.
Qeyd edək ki, cari mövsümdə 26 oyunda 24 dəfə fərqlənən Qonzalonun “Napoli” ilə mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq.