İnfantinonun 30-dan çox səfəri Yenə FİFA prezidenti seçiləcək?

FİFA prezidenti Canni İnfantino 2027-ci ilin martında keçiriləcək prezident seçkiləri öncəsi dəstəyini artırmağa çalışır.

Newsport.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, İnfantino avqustun əvvəlindən bəri 30-dan çox ölkə və əraziyə səfər edərək futbol rəsmiləri, eləcə də, dövlət və hökumət başçıları ilə görüşüb. FİFA rəhbəri səfərləri zamanı xüsusilə, Asiya və Karib hövzəsi regionlarına diqqət ayırıb. Butana səfərindən bir neçə gün sonra Asiya Futbol Konfederasiyası (AFK) və Karib Futbol İttifaqı onun yenidən seçilməsini dəstəklədiyini açıqlayıb.

Bundan başqa, FİFA 2027–2030-cu illər ərzində 211 milli assosiasiyanın hər birinə ayrılan maliyyə vəsaitinin 10 milyon dollardan 25 milyon dollara çatdırılmasını təklif edib.

İnfantinonun tənqidçiləri isə bu səfərləri seçkiqabağı kampaniyanın bir hissəsi hesab edirlər. Daha əvvəl, avqust ayında İordaniya Futbol Assosiasiyasının rəhbəri Şahzadə Əli bin Hüseyn FİFA-nı federasiyadakı problemlərin həlli müqabilində prezidentə dəstək tələb etməkdə ittiham edib. Lakin FİFA tənqidləri rədd edərək, milli federasiyalar və siyasi liderlərlə əlaqələrin saxlanılmasının prezidentin vəzifələrinə daxil olduğunu bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right