“Neftçi” Misli Premyer Liqasının növbəti turunda qarşılaşacağı “Araz-Naxçıvan”la oyunun hazırlıqlarını davam etdirir.
Newsport.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində ikitərəfli oyun keçiriblər.
Oyunda milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Bunun əvəzində B komandadan cəlb olunan bir neçə futbolçu matçda içtirak edib.
Qeyd edək ki, “Neftçi” noyabrın 22-də Misli Premyer Liqasının növbəti turu çərçivəsində “Araz-Naxçıvan”la qarşılaşacaq. Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq.
Oyundan hazırlanmış fotoları təqdim edirik.

















