UEFA-nın vitse-prezidenti Zbiqnev Bonek “Mançester Siti”nin sabiq çalışdırıcısı Pep Qvardiolanın futbola gətirdiyi topa nəzarət fəlsəfəsini sərt tənqid edib.
Newsport.az xəbər verir ki, polşalı funksioner ispaniyalı mütəxəssisin üslubunun oyunun baxımlılığını azaltdığını düşünür:
“Qvardiolaya böyük hörmətim var, amma o, futbolu öldürüb. Onun oyunu belədir ki, sən mənə ötürürsən, mən sənə qaytarıram və matçın sonunda 1788 ötürmə etmiş oluruq. Bu, mənə zövq vermir. Topu geriyə ötürmək oyunu öldürür”.
Daha çox şaquli və riskli oyuna üstünlük verdiyini bildirən Bonek cari mövsümdə “Latsio”, “Frozinone” və müdafiəçiləri belə daim rəqib cərimə meydançasında görünən “Roma”nın üslubunu nümunə göstərib.