"Qarabağ"ın futbolçusu Ukrayna millisində debüt etdi

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisinin heyətində debüt edib.

Newsport.az xəbər verir ki, o, Millətlər Liqasının B2 qrupunda beşinci tur matçında meydana çıxıb.

Ukrayna millisi səfərdə Şimali İrlandiyaya 0:1 hesabı ilə məğlub olub.

Oyuna start heyətində başlayan Kaşuk 90+1-ci dəqiqədə əvəzlənib və bununla da milli komandada rəsmi debütünü gerçəkləşdirib. Ukrayna hazırda 4 xalla qrupda üçüncü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right