Venger FİFA prezidentliyinə namizəd olmayacaq

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger FİFA prezidentliyi uğrunda keçiriləcək seçkilərdə namizəd olmayacaq.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis bu qərarını UEFA-nın bir neçə həftə davam edən lobbiçilik fəaliyyətindən sonra verib. O, bu həftə qərarı barədə Avropa futbol qurumunun rəhbərliyini məlumatlandırıb.

UEFA-nın isə alternativ namizədi dəstəkləmək üçün cəmi dörd günü qalıb. Vengerin namizədlikdən imtinası hazırkı FİFA prezidenti Canni İnfantinonun rəqiblərindən birini aradan götürüb.

Seçkilər 2027-ci ildə keçiriləcək. Prezidentliyə namizədlik üçün son müraciət tarixi isə noyabrın 18-dir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right