İtaliya A Seriyasında oktyabr ayının ən yaxşı futbolçusunun adı məlum olub.
Newsport.az xəbər verir ki, turnirin mətbuat xidmətinin yaydığı məlumata görə, fəxri ada “Frozinone”nin yarımmüdafiəçisi Cakomo Kalo layiq görülüb.
29 yaşlı oyunçu azarkeşlərin onlayn səsverməsi və fərdi statistik göstəriciləri əsasında Anastasios Duvikas (“Komo”), Qustav İsaksen (“Latsio”), Nikola Krstoviç (“Atalanta”), Skott MakTominey (“Napoli”) və Markus Türam (“İnter”) kimi tanınmış rəqiblərini qabaqlamağı bacarıb.
Qeyd edək ki, Kalo oktyabr ayı ərzində A Seriyasında keçirdiyi 4 qarşılaşmada 3 dəfə rəqib qapısına yol tapmaqla yadda qalıb.