Andorra – Azərbaycan matçı ispaniyalı hakimlərə tapşırıldı

Beynəlxalq yoxlama oyunları çərçivəsində keçiriləcək Andorra – Azərbaycan matçının hakimləri müəyyənləşib.

Newsport.az xəbər verir ki, qarşılaşma İspaniyadan olan ədalət təmsilçilərinə tapşırılıb.

Görüşün baş hakimi ispaniyalı Xose Luis Munuera olacaq. Ona həmyerliləri Dieqo Sançes Royo və Diego Barbero köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Pedro Qonçalves yerinə yetirəcək..

Noyabrın 16-da keçiriləcək Andorra – Azərbaycan oyunu saat 22:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right