“Çelsi”nin müdafiəsində sıxıntı: Kapitan da sıradan çıxdı

"Çelsi” növbəti ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın kapitanı Con Terri zədələnib.
"Sky Sport”un məlumatına görə Premyer Liqanın ötən turunda "Nyukasl”la  qarşılaşmada zədə alan təcrübəli müdafiəçinin zədəsi ciddidi. O, bu səbəbdən Çempionlar Liqasının 1/8 finalında PSJ ilə ilk oyunu buraxmalı olacaq.   

Qeyd edək ki, "Çelsi” Terridən əlavə daha bir mərkəz müdafiəçisi Kurt Zoumanın yoxluğundan əziyyət çəkir. Ayağını sındıran 21 yaşlı futbolçu mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalmalı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right