Fatih Kavlaka sabiq “Qarabağ”lı-nın baş məşqçisi oldu

PTT I Liqasının debütantı "Göztəpə”nin baş məşqçisi Mətin Diyadin istefa verib.  

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat yer alıb. Belə ki, Diyadin klubun prezidenti Mehmet Sepillə görüşüb və istefa verib. 
 
Artıq İzmir təmsilçisinin yeni baş məşqçisinin adı da bəlli olub. Belə ki, komanda müvəqqəti olaraq Fatih Kavlaka tapşırılıb.   2009/10 mövsümündə son Azərbaycan çempionu "Qarabağ”da çlışmış Kavlak,  həmçinin 2010/11 mövsümündə "Qəbələ”də köməkçi məşqçi və 2011/12-ci illərdə "qırmızı qaralar”ın baş məşqçisi olub. 
 
Qeyd edək ki, "Qarabağ”ın sabiq futbolçusu Leroy Junior Corc hazırda "Göztəpə”də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right