“Bayern” sağ cinah müdafiəçisi Saşa Boeni satmaq üçün aktiv şəkildə çalışır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın ən yaxşı liqaları üçün yay transfer pəncərəsi bağlanıb, lakin Səudiyyə Ərəbistanı da daxil olmaqla digər liqalarda hələ də açıqdır. Buna görə də Münhen klubu hazırda futbolçunun transferi ilə bağlı Səudiyyə Ərəbistanından olan klublarla danışıqlar aparır. Transferin baş tutub-tutmayacağı bu gün məlum olacaq.
Daha əvvəl klubun idman direktoru Kristof Freund Boenin komandadan ayrılmaq ehtimalının az olduğunu və transfer baş tutmasa, onun “Bayern”ə qayıtmasının planlaşdırıldığını bildirib.
25 yaşlı futbolçunun “Bayern”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.