Haalanddan 368 matçda 300-cü qol

Erlinq Haaland klub səviyyəsində 300 qol həddinə çatıb.

Newsport.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu bu gün Premyer Liqanın 3-cü turunda “Koventri”nin qapısına qələbə qolunu vurub – 1:0.

Qeyd edık ki, 26 yaşlı norveçliyə bu göstəriciyə çatmaq üçün 368 oyun lazım olub. Haaland “Mançester Siti” ilə yanaşı, “Bryune”, “Molde”, “Zaltsburq” və Dortmund “Borussiya”sında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right