"Napoli" "Çelsi"nin müdafiəçisi Benia Badyaşilin transferini rəsmən açıqlayıb.
Newsport.az xəbər verir ki, fransalı futbolçu karyerasını İtaliyada icarə əsasında davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşma 2026/27 mövsümünün sonuna qədər qüvvədə olacaq və Badyaşilin transfer hüquqlarının birdəfəlik alınması imkanını nəzərdə tutur. "Napoli" 25 yaşlı məeləz müdafiəçisinin icarəsi üçün 3 milyon avro ödəyəcək. Satınalma məbləği isə əlavə olaraq 20 milyon avrodur.
Qeyd edək ki, Benua Badyaşil 2023-cü ildən "Çelsi"də çıxış edir. Fransa millisinin sabiq üzvü ötən mövsüm London təmsilçisinin heyətində bütün turnirlərdə 16 matçda iştirak edib və bu görüşlərdə nə qol vurub, nə də məhsuldar ötürmə edib.