“Ötən mövsüm mənim üçün əsl sınaq oldu” Martin Odeqar

“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqar yeni mövsümə hazırlığı ilə bağlı danışıb.

Newsport.az “Sky Sports”-a istinadən xəbər verir ki, norveçli futbolçu ötən mövsümlə müqayisədə indi özünü yaxşı hiss etdiyini bildirib:

“Ötən mövsüm mənim üçün əsl sınaq oldu. Çoxlu zədələr, qəribə vəziyyətlər və uğursuzluqlarla üzləşdim. Oyun ritminə heç cür daxil ola bilmirdim. Meydana yalnız ara-sıra çıxmaq və tam hazır olmamaq çox çətindir. Bu, həqiqətən ağır idi.

Amma indi özümü yaxşı hiss edirəm. Möhtəşəm dünya çempionatı və mövsümöncəsi hazırlıqdan sonra bədənimdə hər şey qaydasındadır. Oynamağa yüz faiz hazıram”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right