“Fənərbaxça”nın müdafiəçisi “Roma”ya keçməyə yaxındır

“Roma” “Fənərbaxça”nın 25 yaşlı müdafiəçisi Ceyden Ostervolde ilə transfer razılaşmasına yaxındır.

Niderlandlı futbolçu həm müdafiənin mərkəzində, həm də cinahda çıxış edə bilir.

Newsport.az “Football Italia”-ya istinadən xəbər verir ki, klublar bu gün danışıqların növbəti mərhələsini keçirəcək. “Roma” Ostervolde ilə müddəti mövsümün sonuna qədər olan icarə müqaviləsi imzalamaq, daha sonra isə müəyyən şərtlərdən asılı olaraq futbolçunu məcburi satınalma hüququ ilə heyətinə qatmaq istəyir.

Paytaxt təmsilçisi paralel olaraq hücum xəttini də gücləndirməyə çalışır. Klubun maraq dairəsində “Çelsi”nin vingeri Ceymi Bayno-Gittens də var. Ancaq London klubu “Roma”nın ilk təklifini rədd edib.

İtaliya təmsilçisi icarə üçün 3 milyon avro ödəməyə və mövsümün sonunda ingiltərəli futbolçunun 40 milyon avroya satın alınmasını nəzərdə tutan şərtlərlə razılaşmağa hazır idi. “Çelsi” isə bu təklifi qəbul etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right