"Qalatasaray"ın müdafiəçisi Elias Yelert karyerasını Fransada davam etdirəcək.
Newsport.az xəbər verir ki, "Havr" danimarkalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı sağ cinah müdafiəçisi mövsümün sonuna qədər Liqa 1 təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, "Qalatasaray" Elias Yelerti 2024-cü ilin yayında "Kopenhagen"dən 9 milyon avroya transfer edib. Danimarka millisinin üzvü 2025/26 mövsümündə icarə əsasında "Sauthempton"da çıxış edib.