PSJ "Ayaks"ın 21 yaşlı cinah hücumçusu Mika Qodtsu transfer edib.
Newsport.az xəbər verir ki, belçikalı futbolçu Paris təmsilçisi ilə 2031-ci ilədək müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Qodts ötən mövsüm “Ayaks”ın heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 17 qol vurub və 15 məhsuldar ötürmə edib.