"Fənərbaxça"dan Braziliya klubuna Rəsmi

"Fənərbaxça"nın yarımmüdafiəçisi Fred karyerasını ölkəsində davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Atletiko Mineyro" braziliyalı oyunçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə klubu Fredin satışından 2 milyon avro qazanıb. 33 yaşlı futbolçu Mineyro təmsilçisi ilə 2029-cu ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Fənərbaxça" Fredi 2023-cü ilin yayında "Mançester Yunayted"dən 9,7 milyon avroya transfer edib. Təcrübəli yarımmüdafiəçi İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 126 rəsmi matçda 12 qol və 21 məhsuldar ötürmə ilə yadda qalacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right