“Fənərbaxça” futbolçusu Fredlə yollarını ayırıb.
Newsport.az xəbər verir ki, İstanbul klubu braziliyalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi barədə Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verib.
Fred “Fənərbaxça”ya 2023-cü ildə İngiltərənin “Mançester Yunayted” klubundan transfer olunmuşdu.
33 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində ümumilikdə 129 rəsmi matça çıxıb, 12 qol vurub və 21 qolun ötürməsini verib.