2027-ci il İspaniya Superkuboku oyunları İstanbulda keçiriləcək.
Newsport.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.
2027-ci il fevralın 2-7-si aralığında təşkil olunacaq yarışda "Real", "Barselona", "Atletiko" və "Real Sosyedad" mübarizə aparacaqlar.
REFF-nin yaydğı açıqlamada bildirilib: “Həyəcan Bosfor sahillərinə köçür. "Atatürk Stadionu" “Barselona”, “Real”, “Real Sosyedad” və “Atletiko”nu gözləyir".
Qeyd edək ki, turnirin son qalibi "Barselona"dır.