“Mançester Siti” “Brügge”nin müdafiəçisini istəyir

“Brügge”nin müdafiəçisi Xoakin Seys İngiltərə Premyer Liqasına keçə bilər.

Newsport.az “Mirror Football”-a istinadən xəbər verir ki, “Mançester Siti” 21 yaşlı futbolçunun transferi ilə bağlı Belçika klubuna ilkin təklif göndərməyi nəzərdən keçirir. “Brügge” Seysin transferi üçün 35 milyon avro tələb edir.

Seys ötən mövsüm bütün turnirlərdə 55 oyunda meydana çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə verib. Belçikalı futbolçunun “Brügge” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” onun dəyərini 20 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right