"Selta" "Mançester Yunayted"in qapıçısını transfer etdi

"Mançester Yunayted"in türkiyəli qapıçısı Altay Bayındır karyerasını "Selta"da davam etdirəcək.

Newsport.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, söhbət 4 milyon avroluq satınalma variantı ilə 2026/27 mövsümünün sonuna qədər olan icarə müqaviləsindən gedir.

Altay Bayındır 2023-cü il edin yayında 4,3 milyon funt-sterlinq qarşılığında "Fənərbaxça"dan "Mançester Yunayted"ə keçmişdi. Türkiyəli qapıçı "qırmızı şeytanlar"ın heyətində əsas heyətdə möhkəmlənə bilməyib və 3 mövsüm ərzində bütün turnirlərdə ümumilikdə cəmi 17 matçda meydana çıxıb.

28 yaşlı qolkiperin aktivində Türkiyə millisinin heyətində keçirdiyi 12 oyun da var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right