Əfsanəvi sabiq hücumçu Diyeqo Forlan Uruqvay milli komandasının baş məşqçisi vəzifəsinə gətirilib.
Newsport.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Forlan yığmaya 2027-ci ilin martına qədər müvəqqəti rəhbərlik edəcək.
O, əsas komandadakı fəaliyyətini U-20 gənclər millisindəki baş məşqçi postu ilə birgə icra edəcək.
47 yaşlı keçmiş futbolçu 2002-2014-cü illərdə Uruqvay millisinin heyətində 112 matçda 36 qol vurub. O, dünya çempionatının ən yaxşı oyunçusu seçilib və Amerika Kubokunun qalibi olub. Karyerasını bitirdikdən sonra "Penyarol" və "Atenas" klublarına rəhbərlik edən əfsanəvi hücumçu, peşəkar tennisdə də debüt edib.