"Mançester Siti" "Barselona"ya keçəcəyi gözlənilən Rodrini əvəzləmək üçün "Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandeslə maraqlanır.
Newsport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb.
Bildirilir ki, bu transferdə əvvəllər London klubunda argentinalı futbolçu ilə birlikdə çalışmış "şəhərlilər"in baş məşqçisi Entso Mareska şəxsən maraqlıdır. "Zadəganlar"ın 25 yaşlı oyunçu ilə asanlıqla yollarını ayırmaq niyyətində olmadığı qeyd edilir.
Daha əvvəl Madrid "Real"ının da dünya çempionuna maraq göstərdiyi barədə xəbərlər yayılmışdı. Həmin vaxt İngiltərə nəhəngi Fernandes üçün ən azı 120 milyon funt-sterlinqlik qiymət qoymuşdu.
Xatırladaq ki, Entso 2023-cü ilin qışında Lissabonun "Benfika" klubundan "Çelsi"yə keçib və "mavilər"in heyətində 169 matçda 31 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 55 milyon avro qiymətləndirir.