Didye Deşam ərəblərin hədəfində

Fransa millisinin sabiq baş məşqçisi Didye Deşamın karyerasını klub səviyyəsində davam etdirmək variantı var.

Newsport.az xəbər verir ki, 57 yaşlı mütəxəssisin təyinatı imkanını Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu nəzərdən keçirir. Bu barədə insayder ​Fabris Hokins məlumat yayıb.

Ciddə təmsilçisi "Nyukasl"a gedən Mattias Yaysslenin əvəzedicisini axtarı. Klub Deşamı dəvət etmək variantı üzərində işləyir. Lakin fransalı mütəxəssisin bu təkliflə razılaşacağı inandırıcı görünmür.

Didye Deşam 2012–2026-cı illərdə Fransa millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında DÇ-2026-nın qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right