“Deportivo” “Roma”nın müdafiəçisi Anhelinyonu icarəyə götürüb.
Newsport.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə icarə sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bu barədə yeni mövsümdən La Liqada çıxış edəcək "Deportivo"nun mətbuat xidməti məlumat yayıb.
Müqaviləyə ispan oyunçunu satın almaq hüququ da daxil edilib. Müdafiəçinin “Roma” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Anhelinyo “Roma”nın heyətində keçirdiyi 80 matçda 4 qol vurub və 7 məhsuldar ötürmə edib. O, daha əvvəl Almaniyanın “Leyptsiq”, “Hoffenhaym”, Niderlandın PSV, “NAK Breda” İngiltərənin “Mançester Siti”, Türkiyənin “Qalatasaray”, İspaniyanın “Malyorka” komandalarında çıxış edib.