"Trabzonspor" "Liverpul"dan ayrılan Məhəmməd Salahı heyətinə qatdığını açıqlayıb.
Newsport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Misirli ulduzla bu gün Bakı vaxtı ilə saat 20:30-da 2 illik müqavilə imzalanacaq. 34 yaşlı vinger illik 10 milyon avro maaş və hər il üçün 7 milyon avro imza pulu alacaq. Təcrübəli futbolçu bundan əlavə müəyyən bonuslar da qazanacaq.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayında 42 milyon avro qarşılığında "Roma"dan "Liverpul"a transfer olunmuşdu. Misir millisinin üzvü 2025/26 mövsümündə "qırmızılar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.