Fransa millisinin sabiq futbolçusu Nabil Fekirin yeni klubu məlum olub.
Newsport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Abha”ya keçib. Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Fekir 2015-2020-ci illərdə Fransa millisində çıxış edib və 25 oyuna 2 qol vurub. O, “Lion” (Fransa), “Betis” (İspaniya) və "Əl Cəzirə” (BƏƏ) klublarında oynayıb.