“Atletiko” “Tottenhem”in müdafiəçisi Kristian Romero üçün təxminən 30 milyon avro təklif etməyə hazırdır.
Newsport.az “Marca”ya istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Dieqo Simeone uzun müddətdir ki, argentinalı oyunçunu prioritet hədəf hesab edir. Klub transferi təmin etmək üçün Matteo Ruggeri və Nahuel Molinanı satmağa da hazırdır.
"İnter" də Romero ilə maraqlanır, lakin oyunçunun özü "Atletiko"ya keçməyə üstünlük verir. 28 yaşlı futbolçunun “Tottenhem”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Belqrano”, “Cenoa”, “Yuvenus”, “Atalanta” klublarında oynayıb.