Bu gün "Мilan" və "İnter" arasında yoldaşlıq oyunu keçirilib.
Newsport.az xəbər verir ki, Avstraliyanın Pert şəhərindəki "Optus" stadionunda oynanılan görüş 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı 53-cü dəqiqədə "İnter"in yarımmüdafiəçisi Federiko Dimarko açıb. "Milan" isə 84-cü dəqiqədə Kristofer Nkunkunun dəqiq yerinə yetirdiyi penalti zərbəsi ilə məğlubiyyətdən xilas olub.
Qeyd edək ki, "Milan" bundan əvvəl "Seltik"lə 2:2 hesablı heç-heçə edib. "İnter" isə "Mançester Siti"ni penaltilər seriyasında məğlub edib (əsas vaxt – 1:1, penaltilər – 3:1).
Ötən mövsüm A Seriyasında "İnter" 87 xalla çempion olub. "Milan" isə 70 xalla 5-ci yeri tutub.